Dünya futbolu
“Milan” baş məşqçisini istefaya göndərdi – RƏSMİ
İtaliyanın “Milan” klubunda gözlənilən baş məş…
İtaliyanın “Milan” klubunda gözlənilən baş məşqçi istefası rəsmiləşib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi Marko Campaolonu istefaya göndərib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son 4 oyundan üçündə məğlub olan milanlılar uğursuzluqdan çıxış yolunu Campaolonu qovmaqda görüblər.
52 yaşlı mütəxəssis “Milan”a bu ilin iyun ayının 19-da baş məşqçi təyin olunmuşdu. Onunla 2+1 illik müqavilə imzalanmışdı.
“Milan” A Seriyasında 7 turdan sonra cəmi 9 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Campaolo 2004-cü ildən başladığı məşqçilik karyerası ərzində “Askoli”, “Kalyari”, “Siena”, “Kataniya”, “Çezena”, “Breşiya”, “Kremoneze”, “Empoli” və “Sampdoriya” klublarında da çalışıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”