Milli komanda
Millimiz üçün “Neftçi”nin qələbəsini qeydə alan hakim
AÇ-2020-nin seçmə mərhələsi çərçivəs…
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Macarıstan – Azərbaycan oyununa təyinat alan Dennis Hiqler azarkeşlərimiz üçün tanış referidi.
Futbolinfo.az saytının məlumatına görə, niderlandlı ikinci dəfə Azərbaycan təmsilçisinin görüşündə ədaləti qoruyacaq.
2017-ci ildən FIFA referisi olan Hiqler ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"nin "Uypeşt"lə Bakıdakı oyununu idarə edib. "Bakcell Arena"da "Neftçi"nin 3:1 hesabı ilə qalib gəldiyi matçda təmsilçimizin heyətində hazırda yığmada yer alan Emin Mahmudov sarı vərəqə alıb. Bu komandaların cavab qarşılaşmasında Budapeşt faciəsi yaşanmışdı (0:4).
Ümumiyyətlə, Hiqler beynəlxalq arenada 16 görüşdə fit çalıb. 34 yaşlı referi bu oyunlarda 64 sarı, 2 qırmızı vərəqəyə əl atıb.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı