Milli komanda
Marko Rossi: “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı”
Futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Ma…
Futbol üzrə Macarıstan yığmasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində evdə Azərbaycan millisinə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra təşkil olunan mətbuat konfransında hamının Azərbaycan millisinə hörmətlə yanaşmalı olduqlarını vurğulayıb:
“75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən, qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Azərbaycan yığmasına hörmətlə yanaşmaq lazımdı. Bu komanda Xorvatiya ilə 1:1 hesablı heç-heçə edib, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar".
Rossi Xorvatiya ilə oyuna görə tənqid olunmalarına da diqqət çəkib: "Həmin görüşdə inanılmaz səhvlərə yol vermişdik. Amma çox güclü futbolçulara, dünyanın ikinci ən güclü komandasına qarşı çıxış etmişdik".
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?