Müsahibə
“Qəbələ”nin legioneri: “Yeni baş məşqçinin sistemi daha yaxşı işləyir”
“Qəbələ”nin müdafiəçisi İvitsa Zuni&ccedi…
“Qəbələ”nin müdafiəçisi İvitsa Zuniç komandanın son matçlarda uğurlu seriyasından danışıb. Futbolinfo.az-a müsahibə verən təcrübəli futbolçu baş məşqçi dəyişikliyinin komandaya təsirindən söz açıb:
– Ciddi zədədən sonra özünü tam yaxşı hiss edirsən?
– Hazırda sağlığım yerindədir. Maska ilə meydana çıxıram. Bu da üzümü qoruyur.
– Son zamanlar komandanın nəticələri yaxşılaşıb…
– Son matçda 3 xal əldə edə bilərdik. Lakin belə alındı. Düşünürəm ki, 1 xal da pis nəticə deyil. Əsas odur ki, biz qarşıdakı matçlara köklənək, uğurlu seriyanın davamını gətirək. Bizim üçün xallar qazanmaq vacibdir.
– Səncə, keçmiş baş məşqçiniz nəyi düzgün etmirdi?
– Düşünürəm ki, o da komanda üçün çalışırdı. Əlindən gələni edirdi ki, uğur qazanaq. Sadəcə, hazırki məşqçinin sistemi daha yaxşı işləyir. Futbolçular meydanda bir az daha ciddidirlər. Həmçinin komanda oyuna çıxdığı zaman nə etmək istədiyini bilir.
– Uğurlu oyunlar seriyasından sonra komanda daha yaxşı hədəflər üçün mübarizə apara biləcəkmi?
– Biz gənc komandayıq. Təbii ki, uğurlu ola, daha yaxşı oynaya bilərik. Hamımız istəyirik ki, xallar toplayaq, daha yaxşı yerlərdə qərarlaşaq. Bunu gələcək göstərəcək.
– Qarşıda “Qarabağ”la oyun var…
– Bizi çox ağır oyun gözləyir. Çempionatın ən yaxşı komandasına qarşı oynayacağıq. Doğma meydanda onlarla qarşılaşacağıq. Təbii ki, uğurlu nəticə istəyirik.
– Liderdən xal almaq mümkün görünür?
– Əlbəttə. Futbolda hər şey mümkündür.
FƏRİD