Bizi izləyin

Ölkə futbolu

“Qəbələ”nin baş məşqçisi: “APOEL-lə oyunda hamı bizdən uğur gözləyir”

“Qəbələ"nin U-19 komandasının baş məşqçisi F…

blank

“Qəbələ"nin U-19 komandasının baş məşqçisi Famil Xəlilov Sportinfo.az-a müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

– "Qəbələ" oktyabrın 24-də UEFA Gənclər Liqasında APOEL-lə cavab matçına çıxacaq. Oyunöncəsi komandada vəziyyət necədir?
– Komandada əhval-ruhiyyə yüksəkdir. Oyuna həm taktiki-texniki, həm də psixoloji tərəfdən yaxşı hazırlaşırıq. Çünki əvvəl rəqib haqda bir o qədər məlumat yox idi. İlk matçdan sonra isə əlimizdə videomaterial var. APOEL-i yaxşı təhlil edə bilmişik. Uşaqlar da fərqindədirlər ki, yaxşı hazırlaşsalar, onlara qalib gəlmək, mərhələni keçmək olar.

– Yəqin ki, ilk oyundakı heç-heçədən sonra növbəti mərhələyə adlayacağınıza daha çox inanırsız…
– Əlbəttə. Amma bunun həm də mənfi tərəfi var. Yaxşı cəhəti odur ki, səfərdəki heç-heçədən sonra üstün tərəf "Qəbələ"dir, rəqib artıq bizə qol vurmalıdır. Pis tərəfi isə odur ki, uşaqlar indi daha məsuliyyətli olmalıdırlar. Çünki hər kəs bizdən uğur gözləyir.

– Sərfəli nəticə komandada arxayınlıq yarada bilər?
– Yox, arxayınlıq hiss olunmur. Amma futbolçularımızı daim nəzarətdə saxlayır, məsuliyyəti başa salırıq. "Boşalmaq" olmaz. Rəqibə ciddi və hörmətlə yanaşmaq lazımdır. Çünki APOEL kifayət qədər texnika və oyun nizam-intizamına sahib komandadır. Analizlərimizdə də bunları futbolçulara göstərmişik.

– Necə düşünürsüz, bu nəticədən sonra APOEL-i keçməmək uğursuzluq sayıla bilər?
– Elə onu nəzərdə tuturam ki, indi daha çox məsuliyyət daşıyırıq. Futbolçularımız cavab matçında ordakından ikiqat üstün oynamalıdırlar ki, doğma meydanda turu keçən tərəf biz olaq. Hamımız bunun fərqindəyik. Daha yaxşısını etməyə çalışacağıq.

– Baş məşqçi kimi şansları necə dəyərləndirirsiz?
– Oyunun içində olanda gedişat, həyəcan rəqibin gücü haqda düşünməyə bir o qədər imkan vermir. Amma videoanalizlərdə gördük ki, APOEL həqiqətən yaxşı komandadır. Yüksək səviyyəli oyunçuları var. Hətta Nikosiyadakı oyunun son dəqiqələrində belə nizam-intizamdan qopmadılar. Sona qədər baxımlı futbol göstərdilər, qələbə topunu vurmağa çalışdırlar. Deyərdim ki, şanslar bərabərdir.

– APOEL səddini keçə bilsəz, növbəti mərhələdə "Saraqosa" – "Korona" cütünün qalibi ilə qarşılaşacaqsız. İlk oyunda ispanlar minimal hesablı qələbə qazanıblar. Düzdür, hələ qarşıda Kipr təmsilçisi ilə cavab görüşü var, heç nə dəqiq deyil. Amma yəqin ki, beyninizin bir tərəfində potensial rəqiblərinizin oyunu haqda da düşünürsüz. Hansı komandanın sizə rəqib olmasını istərdiz?
– Əslində birinci hədəfimiz bu mərhələni keçməkdir. Buna baxmayaraq, "Saraqosa" – "Korona" matçını da diqqətlə izləmişəm. İlk oyunda ispanlar qalib gəlsə də, polşalıların da səfərdə xeyli qol imkanları oldu. Düşünürəm ki, Polşadakı qarşılaşma "Saraqosa" üçün çox çətin olacaq. "Korona"nın da turu keçmək ehtimalı var. Çünki görüşün son 15 dəqiqəsində qonaqların 3-4 real qol imkanı oldu. Sadəcə, istifadə edə bilmədilər. "Korona"nın da kifayət qədər təhlükəli komanda olduğunu deyə bilərəm. Yəni, "Saraqosa" hələ məsələni həll etməyib.

– Dediz ki, "Saraqosa" – "Korona" oyununu izləmisiz. Sizcə, növbəti mərhələni də keçmək mümkündürmü?
– Futbolçularımız ötən mövsüm "Herta" ilə səfər oyununda da gördülər ki, keçilməyəcək rəqib yoxdur. Almaniya təmsilçisi "Saraqosa" və "Korona"dan da güclü rəqib idi. Berlində mükəmməl oyun göstərmişdik. Qaçırdığımız qol epizodları oldu. Əlbəttə ki, ikinci mərhələni də keçmək olar.

– Artıq beynəlxalq arenada təcrübəniz də var…
– Bəli, ötən mövsüm oynayan futbolçuların bəziləri heyətimizdədir. Təcrübəli oyunçular sayılırlar. Bilirlər ki. öz oyun üslubumuzu rəqibə yeridə bilsək, psixoloji baxımdan hazır olsaq, minimum 2 mərhələ keçə bilərik.

– Eyni gündə APOEL-in əsas komandası da Bakıda "Qarabağ"ın qonağı olacaq. "Qəbələ" və "Qarabağ" azarkeşlərə ikiqat sevinci hiss yaşada bilərmi?
– Əlbəttə, mümkündür. Avqust ayında "Qarabağ"ın səfərdə APOEL-ə qalib gəldiyini gördük. "Qarabağ" kifayət qədər güclü komandadır. İnanıram ki, meydanı qələbə ilə tərk edəcəklər.

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-02 12:23

Sensasiyalarla zəngin Madrid turniri

blank
Digər idman növləri2024-05-02 12:04

Avroliqanın rəmzi komandası açıqlandı

blank
Digər idman növləri2024-05-02 11:49

“Fənərbağça”dan mühüm qələbə, “Real” vəsiqəni təmin etdi

blank
Ölkə futbolu2024-05-02 11:37

Bu gün Yüksək Liqada mövsümə yekun vurulur

blank
Digər idman növləri2024-05-02 11:28

Şərqdə ilk yarımfinalçı məlum oldu

blank
Ölkə futbolu2024-05-02 11:19

Avrokubok perspektivləri: klublarımızı yeni formatda nə gözləyir?

blank
Dünya futbolu2024-05-02 11:02

Ronaldo dubl etdi, “Əl Nəsr” finala yüksəldi

blank
Milli komanda2024-05-02 10:45

“Qarabağ”ın nəticələri yığmanın böyük turnirlərə adlaması üçün kifayət deyil”

blank
Dünya futbolu2024-05-02 10:27

“Parma” yenidən A Seriyasında

blank
Ölkə futbolu2024-05-02 09:55

“Qarabağ” ilk “100-lüy”ü tərk etdi

blank
Milli komanda2024-05-02 09:55

Yığmamız reytinqdə yerində qalacaq

blank
Dünya futbolu2024-05-02 09:40

“Borussiya” ÇL-ə vəsiqəni təmin etdi

blank
Milli komanda2024-05-02 09:23

Yığmamız Montoneqroda qalib oldu

blank
Dünya futbolu2024-05-02 09:08

Konfrans Liqası: Bu gün yarımfinalın ilk görüşləri baş tutacaq

blank
Dünya futbolu2024-05-02 08:51

Təbriz klubundan liderlə heç-heçə

blank
Ölkə futbolu2024-05-02 08:34

“Qarabağ” və daha 55 komanda

blank
Dünya futbolu2024-05-02 08:17

Avroliqada yarımfinalın ilk oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-05-02 08:00

Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası

blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm