Bizi izləyin

Ölkə futbolu

“Birləşmiş Liqa” ideyası: “Qarabağ” ilk “8-liy”ə düşə bilər

Rusiyanın tanınmış futbol funksioneri Dmitri İvanov maraqlı fiki…

blank

Rusiyanın tanınmış futbol funksioneri Dmitri İvanov maraqlı fikirlərlə diqqət çəkib.

Futbolinfo.az saytının yerli mətbuata istinadən məlumatına görə, o, "Birləşmiş Liqa" yaratmaq və artıq əməli addımlar atmaq lazım olduğunu vurğulayıb.

Moskva "Dinamo"sunun sabiq baş direktoru Belçika və Hollandiya çempionatlarının birləşməyə hazırlaşdığını, bənzər ideyanı keçmiş SSRİ ölkələrinin də tətbiq etməli olduğunu söyləyib.

İvanov konkret olaraq iki ölkə deyil, bir neçə ölkə klubunun liqada iştirakını təklif edib: "Rusiya ilə Ukrayna çempionatlarını birləşdirmək artıq aktual mövzu deyil. Rusiya ilə Belarus klublarını bir araya gətirmək olar. Ancaq belədə kommersiya maraqları az olacaq. "Birləşmiş liqa"nın yaradılmasının ən təbii yolu idman prinsipindən istifadə etməkdi. Keçmiş SSRİ ölkələrini (Ukraynanı saymasaq) götürsək, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan klubları Avropa arenasında ən yüksək reytinqə malikdilər. Belə bir turnir kommersiya baxımından ən cəlbedici olacaq".

Futbol funksioneri format və klubların qarşısına qoyulacaq öhdəlik barədə də fikir bildirib: "Klublar turnirdə iştirak etmək üçün lazımi büdcəyə sahib olduqlarına dair zəmanət verməlidilər. Minimum büdcə bir milyard rubl olmalıdı – həm Rusiya klubları, həm də vahid liqaya qoşulacaq digər ölkələrin klubları üçün. 18 komandalı çempionat maraqlı olar. Onlardan 12-si Rusiyadan, Belarus, Qazaxıstan və Azərbaycandan isə 2 klub. Ən zəif nəticə göstərən iki Rusiya klubu birinci liqaya düşsün, orda ilk iki yeri tutanlar "Birləşmiş Liqa"ya yüksəlsin. Digər iştirakçı ölkələrə gəlincə, tutaq ki, Belarus klublarından biri 5-ci, digəri isə 10-cu yeri tutdu. Belədə 10-cu olan komanda növbəti mövsüm Belarus çempionu ilə vahid liqada iştirak üçün üz-üzə gəlsin".

İvanov təqvimi və legioner limitini də nəzərə alıb. "Birləşmiş Liqa"da legionerlərə limit qoyulmamasını təklif edən futbol adamı təqvimlə bağlı isə bunları deyib: "Təqvim əhəmiyyətli dərəcədə dəyişməyəcək, amma bir vacib məqam var: Azərbaycandan klubların gəlməsi ilə turnirdə cənub şəhərlərinin sayı artacaq. Buna görə qış fasiləsini əlavə turlarla azaltmaq mümkün olacaq ki, bu da müəyyən üstünlükdü".

Rusiyalı funksioner avrokubokların "Birləşmiş Liqa" ilə üst-üstə düşməsi variantını da nəzərə alıb: "Bu, müəyyən dərəcədə problemdi. "Birləşmiş liqa"da iştirak etsəniz, Avropa yarışlarında təmsilçilər azalacaq. Digər tərəfdən Belarus, Qazaxıstan və Azərbaycan komandaları Avropada nəyəsə nail olurlarmı? Düzdü, BATE, "Astana" və "Qarabağ"ı vurğulamaq olar. Çünki onlar Çempionlar Liqasında iştirak edib. Ancaq bu qədər. Adətən Belarus, Qazaxıstan və Azərbaycan klubları ilk mərhələlərdəcə avrokubokla vidalaşırlar. Yəni avrokubokda iştirak onlar üçün zərərlidi. Niyə Uels klubları İngiltərə çempionatında iştirak edirlər və bunu avrokubok xəyallarından üstün tuturlar? Çünki İngiltərə çempionatında iştirak maddi gəlir deməkdi. Şübhə etmirəm ki, BATE, "Kayrat" və "Qarabağ" ilk "8-liy"ə düşə bilər. "Birləşmiş Liqa" isə yeni sponsorluq imkanları deməkdi. Bu liqanın kifayət qədər faydası olar: daha çox sponsor – futbola daha çox pul yatırmaq, rəqabəti sərtləşdirmək, çempionatın coğrafiyasını genişləndirmək, tamaşaçı marağı, təqvimdə manevr etmək üçün yeni imkanlar". (matc.az)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm