Dünya futbolu
Nəbiyevli “Slaviya” səfərdə uduzdu
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi…
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, sözügedən komanda 13-cü tur çərçivəsində səfərdə “Pisek”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Cari mövsümdə 5 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.
“Slaviya”nın U-21 komandası 13 turdan sonra 21 xalla 16 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?