Layihə
AFFA Hesabat-Seçki Konfransını yaya saxlayır?
AFFA İcraiyyə Komitəsinin 2019-cu il üçün yekun ic…
AFFA İcraiyyə Komitəsinin 2019-cu il üçün yekun iclasının tarixi dəqiqləşməyb. Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla futbolinfo.az-a açıqlamasında belə deyib.
AFFA rəsmisi gələn həftə bu barədə dəqiq bir söz deyə biləcəyini söyləyir: “Yekun iclas mütləq olacaq. Amma dəqiq tarixlə bağlı gələn həftə nəsə deyə bilərəm. Dəqiqləşdirməliyəm”.
Firuz bəydən növbəti Hesabat-Seçki Konfransı barədə də soruşduq. Çünki son günlər qurum prezidentliyinə seçkilərin yaya saxlanılması haqda söhbətlər gəzir: “Bu barədə heç bir rəsmi informasiya yoxdu. Yəqin ki, belə qərarı yalnız İcraiyyə Komitəsi üzvləri verə bilər”.
Nizamnaməyə görə, Hesabat-Seçki Konfransı ilin ilk 3 ayı ərzində reallaşmalıdı. Lakin Avro-2020-nin final mərhələsinin bəzi oyunlarına Bakı da ev sahibliyi edəcəyinə görə vəziyyət dəyişib. Bu yarışdan sonra AFFA-da, ümumiyyətlə, futbol təsərrüfatımızda bir sıra ciddi islahatların aparılması gözlənilir. Ona görə tədbirin yaya saxlanmasının mümkünlüyü haqda ehtimallar var.