Dünya futbolu
“Sabah”ın oyunu ertələndi: “Ağsu” yox, “Neftçi” gözləyəcək
“Sabah” kubok oyununun vaxtının dəyişdirilməsi ü…
“Sabah” kubok oyununun vaxtının dəyişdirilməsi üçün müraciət etməyib. Dünən Premyer Liqa matçına çıxan, sabah isə ölkə kuboku uğrunda oyun keçirəcək bakılılar məhz belə qrafiki məqbul biliblər.
Faktiki bir gün istirahət etməklə oyuna çıxacaq “Sabah” Peşəkar Futbol Liqasına müraciət edə və istəyinə müsbət cavab ala bilərdi. “Qarabağ”ın Avropa Liqasındakı oyununa görə digər komandalardan gec – bazar ertəsi oynamağa məcbur olan “göy-ağlar” yəqin ki, rəqibin zəifliyinə görə buna gərək duymayıb. Heyət genişdi və digər futbolçularla da divizion təmsilçisi “Ağsu”nu yenmək olar. Təkoyunluq mərhələnin taleyi Masazırda müəyyənləşəcəyindən klub rəhbərliyi arxayındı.
Əvəzində “Sabah” həftəsonu baş tutacaq çempionat matçını ertələtməyi lazım bilib. Belə ki, “Neftçi” ilə Premyer Liqa matçı nəzərdə tutulduğu kimi şənbə yox, bazar günü – dekabrın 8-də reallaşacaq.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi