Ölkə kuboku
“Keşlə” 1/4 finalda!
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhəl…
Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
Mövsümün açılış matçında “Keşlə” “Kəpəz”lə üz-üzə gəlib. Elita təmsilçisi bu görüşün aşkar favoriti hesab olunurdu. Dörd qolun qeydə alındığı qarşılaşma məhz paytaxt təmsilçisinin xeyrinə bitib və növbəti mərhələyə vəsiqə qazanıb. "Keşlə" növbəti mərhələdə "Qarabağ"la qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin “Sabah” – “Ağsu”, “Zirə” – “Qaradağ Lökbatan” və “Sumqayıt” – “Zaqatala” qarşılaşmaları sabah baş tutacaq.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr
“Keşlə” – “Kəpəz” 3:1
Qol: R.Əmircanov, 25. X.Mahmudov, 56; 88 – N.Məmmədov, 45+3.
Qırmızı vərəqə: F.Flores, 45+2.
Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə.
“ASCO Arena”, 15:00.
Keşlə: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev (k), 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov.
Ehtiyat oyunçular: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov, 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 6. Rəşad Sadiqov, 25. Con Kamara, 9. Lorenzo Frutos, 91. Samir Abdullayev.
Baş məşqçi: Tərlan Əhmədov.
Kəpəz: 1. Əli Kərimov, 4. Qaraxan Əliyev, 10. Əli Səmədov (k), 6. Nodar Məmmədov, 7. Elvin Nəsibov, 17. Tural Əliyev, 21. Elcan Rəhimov, 20. Kənan Allahverdiyev, 11. Elgün Orucov, 27. Ülvi Əliyev, 25. Ümid Səmədov.
Ehtiyat oyunçular: 22. Pərvin Zeynalov, 5. Novruz Məmmədov, 19. Eltac Mirzəyev, 8. Fərid Bayramov, 3. İsmayıl Məmmədov.
Baş məşqçi: Yaşar Vahabzadə.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”