Ölkə futbolu
"Sabah"da ilk, Azərbaycan çempionatları tarixində ikinci
Azərbaycan Premyer Liqasının XIII turu Zelko Sopiçin “…
Azərbaycan Premyer Liqasının XIII turu Zelko Sopiçin “Sabah”ın baş məşqçisi kimi debütü ilə əlamətdar olub. Xorvatiyalının “Qarabağ”la qarşılaşmadakı debütü uğursuz alınıb. Bakı klubu 0:1 hesabı ilə uduzub.
Sopiç Premyer Liqa tarixində 56-cı legioner baş məşqçi olub. Bunadək 55 əcnəbi çalışdırıcı ya baş məşqçi, ya da bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb.
Bu mütəxəssislər arasında oyun sayında rekord Kaxaber Sxadadzeyə məxsusdu – 211 oyun. Roman Qriqorçuk, Roman Pokora və Georgi Çixradzedə bu rəqəm 108-ə bərabərdi.
Sopiç “Sabah”ın tarixində komandanı Premyer Liqa matçına çıxaran ilk legioner baş məşqçidi. O, Azərbaycan çempionatlarında ikinci xorvatiyalı olub. 2005/06 mövsümündə “Olimpik” klubunu Stepan Çordaş çalışdırııb. Lakin onun Bakı klubu ilə Premyer Liqadakı debütü uğusuz alınıb. İlk üç turda cəmi 1 xal toplayan klub çalışdırıcı ilə yollarını ayırıb.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- I Liqa2024-05-01 11:25
I Liqada 24-cü turun təyinatları müəyyənləşdi
- Milli komanda2024-05-01 18:44
Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu