Bizi izləyin

Layihə

“Qəbələ” fəryadı: dövlətin dəstəyinə möhtac klub

“Qəbələ”nin başı üzərini qara dumanlar alıb. K…

blank
“Qəbələ”nin başı üzərini qara dumanlar alıb. Klubun 2019-un sonunda fəaliyyətini dayandıracağıyla bağlı ehtimallar hər keçən gün reallığa daha çox yaxınlaşır.
 
Premyer Liqadakı yeganə bölgə klubunun sıradan çıxmasına bu qədər biganəlik yolverilməzdi. “Qəbələ” sıradan klub deyil, ənənələrini yaratmış, yaşadan, ölkəmizi avrokuboklarda ən yaxşı təmsil etmiş ikinci klubumuzdu. Azərbaycan üçün fantastik sayıla biləcək infrastruktura sahib olması da “qırmızı-qaralr”ı özəl edir.
 
Cəmi 8 komandanın mübarizə apardığı Premyer Liqanın ən qiymətli “qaşlarından” birinin düşməsi həm də yarışın dəyərini azaldacaq. Söhbət növbəti klubun futbol məzarlığına yollanmasından getmir, “Qəbələ”nin məhvi həm də ölkədəki yeganə işlək, məhsuldar akademiyanın ləğvi, futbolumuzun sabahının gömülməsi demək olacaq. Son turda 9 yetirməsi meydanda olan klubdan danışırıq. Premyer Liqada 50-yə yaxın yetirməsi olan, bütün milli komandaların özəyini təşkil edən “Qəbələ”nin göz görə-görə əriməsinə bu qədər sakit tamaşa etmək olmaz.
 
Klubun maliyyə durumu kritik həddə çatıb. Uzun illər klubun sponsoru olmuş "Gilan Holdinq”in 2020-ci ilin yanvarın 1-dən kluba himayədarlığı dayandıracağı dəqiqləşib. Qınamaq olmur, 10 ildən çoxdu futbola təmənnasız yardım edən bu şirkətin öz imkanları da məhdudlaşıb/məhdudlaşdırılıb. İnfrastruktura sərmayə qoyan, özü üçün obyekt deyil, futbol təsərrüfatının çiçəklənməsi üçün stadion, baza tikən "Gilan Holdinq” artıq o durumda deyil. Və xarabazar miras qoymayıb, işlək vəziyyətdə olan klub, akademiya mövcuddu. İndi qalır hazır mexanizmin dayanmamasını təmin etmək.
 
AFFA hansısa maliyyə yardımı etməyə yox, kluba yiyələnməyə çalışır. Təbii ki, bu da klubun sahibləri üçün xoş deyil. Hər şeyi kiməsə bağışlayıb, getmək qəbulolunmazdı. İllərdi ortaya əmək qoyulub, əla nəticələr var, klub akademiyası ən məhsuldar dövründədi və konveyer kimi futbolçu istehsal edir. AFFA yardım etməkdə yox, hazırına “qonmaqda” maraqlıdı.
 
Əslində, vaxtilə “Bakı”yla bağlı da eyni plan var idi. AFFA kluba kömək etməkdənsə, hər şeyi heç bir xərc çəkmədən özəlləşdirmək istədi. Nəticədə həm dövrün ən yaxşı akademiyası, həm klub, həm də misilsiz infrastruktur məhv oldu. Halbuki ən azı akademiyaya yardım etməklə onun fəaliyyətini davam etdirmək lazım idi.
 
Eyni situasiya “Qəbələ”ylə bağlı da yaşanır. Varlığı heç bir önəm kəsb etməyən “Səbail”ə xərclənən pul daha faydalı bölgə klubuna yönəldilsə, bundan yalnız ölkə futbolu fayda götürər. Və ya milyonların havaya sovrulduğu digər paytaxt klublarındansa, “Qəbələ” markası daha diqqətəlayiqdi.
 
AFFA şəxsi maraqlarını düşünürsə, bu işə dövlət qol qoymalıdı. Onsuz da assosiasiyanın indiki rəhbərliyini futbolun inkişafı, populyarlığı, kütləviliyi maraqlandırmır. Milli komandalarda yerli akademiyanın yetirmələrindənsə, milliləşdirilən dağıstanlıları, türkləri görmək onlar üçün daha zövqlüdü. Eddi İsrafilova və başqa legionerlərə milyonlar paylamağa başı qarışanlar həmin pulları ölkə futbolunun ürəyinin döyündüyü kluba çox görürlər. Bu səbəbdən dövlət strukturlarının işə qarışması, problemə çarə tapması lazımdı. Ölkədə idman siyasətinə cavabdeh olan AGİN də olayları görməzdən gəlməməli, məsələ Mili Məclis səviyyəsində müzakirə olunmalıdı.
 
“Qəbələ” hələ yaşayır, lakin süni nəfər aparatındadı. Nə qədər ki, gec deyil, onu həyatda saxlamaq olar. Şəxsi maraqlarınızı unudun, bir az da o postları tutma səbəblərinizi yada salın və ölkə üçün faydalı olan işə dəstək verin. “Qəbələ”nin məhvi elə sizin də sonunuzun başlanğıcı ola bilər. Dəyərlərə qiymət verməyəndən sonra…
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 11:17

Sapata Meksikaya köçə bilər

blank
Dünya futbolu2024-04-29 10:59

Arauxoya müştəri tapıldı

blank
Ölkə futbolu2024-04-29 10:42

Misli Premyer Liqasında yeni azarkeş rekordu

blank
Digər idman növləri2024-04-29 10:28

Məmmədyarov Almaniya çempionu olub

blank
Müsahibə2024-04-29 10:14

“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”

blank
Digər idman növləri2024-04-29 09:57

Azərbaycan qılıncoynadanları Olimpiya Təsnifat turnirində çıxışlarını başa vurublar

blank
Dünya futbolu2024-04-29 09:42

PSJ-də yeni müqavilə

blank
Ölkə futbolu2024-04-29 09:25

“Nitsa” Benzianı istəyir

blank
Dünya futbolu2024-04-29 09:10

Musa oynadı, komandası qələbə qazandı

blank
Dünya futbolu2024-04-29 08:52

Mutu Səudiyyə Ərəbistanına gedir

blank
Premyer-liqa2024-04-29 08:35

“Zirə” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-04-29 08:17

“Qarabağ” ispanların diqqət mərkəzində: “Hətta “Bayern” də onlar qədər olmadı”

blank
Ölkə futbolu2024-04-29 08:00

Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi

blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm