Milli komanda
Azərbaycan millisi C Liqasında
2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avr…
2020-ci ildən etibarən UEFA U-19 yaş qrupunda keçirilən Avropa çempionatının yeni formatının tətbiqinə başlayacaq.
Futbolinfo.az xəbər verir ki, indiyədək təşkil olunan AÇ-lərdən fərqli olaraq, yeni formata əsaslanan turnirdə komandalar reytinqə görə 3 Liqaya (A, B, C) bölünüb.
Ənənəvi formatda keçirilən U-19 Avropa çempionatının növbəti final mərhələsi 2021-ci ildə, yeni format əsasında təşkil olunan U-19 AÇ-nin final mərhələsi isə 2022-ci ildə olacaq.
Bu gün yeni formatda təşkil olunan turnirin 1-ci raundunun püşkatma mərasimi keçirilib. Azərbaycan milli komandası bu raundda C Liqasının 3-cü qrupunda çıxış edəcək. Komandamızın rəqibləri Monteneqro, Farer adaları və Andorra yığmaları olacaq. Oyunlar 2020-ci il sentyabrın 22-də, 25-də və 28-də Andorrada təşkil olunacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”