Dünya futbolu
Prosineçki Riad Rəfiyevlə başqa şərtlərlə danışdı
AFFA İcraiyyə Komitəsi Nikola Yurçeviçi millinin baş…
AFFA İcraiyyə Komitəsi Nikola Yurçeviçi millinin baş məşqçi postundan uzaqlaşdırmamış ona xələf axtarışına başlayıb. Baş katib Elxan Məmmədov hansı qərarın veriləcəyini öncədən bildiyindən, daha doğrusu, ssenarini yazdığından vaxt itirməyərək yeni məşqçi axtarışlarına start verib.
Dünənki iclas formal xarakter daşıyırdı. Qərarlara baxsaz, Məmmədovun “İdman” TV-də dediklərinin təsdiqi olduğunu görərsiz. Elxan bəy nə demişdisə, o da oldu. İK-nın toplaşması, nəyisə müzakirə etməsi gözdən pərdə asmaq üçün idi.
Kəsəsi, federasiya hələ noyabrın sonundan etibarən xorvatiyalıya xələf axtarışına başlayıb. Əsas namizəd Robert Prosineçkidi, onunla artıq bir dəfə görüşülüb. “Sumqayıt”ın menecer-prezidenti Riad Rəfiyev əvvəllər də millimizdə çalışmış xorvatla ilkin danışıq aparıb. Bosniya və Hersoqovina yığmasından istefa verən çalışdırıcı şərtlərini çoxaldıb. O, üçillik müqavilə və ümumilikdə 5 milyon avro maaş istəyir. İlk dönəminə 1,5 milyon dollara işləmiş xorvat yalnız bu halda qayıtmağa razıdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”