Ölkə kuboku
Zaur Həşimov: “Bu hesab rəqibin üstünlüyüdü”
“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbayc…
“Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Səbail”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, gənc mütəxəssis 0:0 hesabıyla bitən oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
“Oyunda məni ən çox narahat edən meydan amili idi. Futbolçular çox yüklənirdi, qorxurduq ki, zədə olar. Düzdü, zədə olmadı, amma komanda çox yoruldu. İstərdik ki, qollu heç-heçə olsun, amma sevindirici odu ki, qol buraxmadıq. Stressli oyun oldu. Bu hesab rəqibin üstünlüyüdü. Çempionat oyununda belə stress olmur. Minimum qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO