Dünya futbolu
“El klasiko” heç-heçə başa çatdı – son 17 ildə ilk dəfə
Bu gün futbol üzrə İspaniya La Liqasında 10-cu turdan tə…
Bu gün futbol üzrə İspaniya La Liqasında 10-cu turdan təxirə salınmış bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Barselona” əzəli rəqibi “Real”la qarşılaşıb. Kataloniyada baş tutan oyunda qapılara qol vurulmayıb.
Xatırladaq ki, bu oyun noyabrın sonlarında keçirilməli idi. Amma həmin vaxt Kataloniyadakı etiraz aksiyaları səbəbindən bu görüş də təxirə salınmışdı.
Bu heç-heçədən sonra hər iki komanda xal ehtiyatını 36-ya çatdırıb və zirvəni bölüşürlər. Sadəcə, “Barselona” əlavə göstəricilərə görə rəqibini qabaqlayır.
Sonda onu da qeyd edək ki, "el klasiko" tarixində son 17 ildə ilk dəfə bu iki komanda meydanı qol vurmadan tərk edib.
İspaniya La Liqası
10-cu turun oyunu
18 dekabr
Barselona – Real 0:0
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?