Ölkə futbolu
“Keşlə”dən "San Kaetano"ya
Uzun illər karyerasını Azərbaycanda davam etdirmiş Denis Silvanı…
Uzun illər karyerasını Azərbaycanda davam etdirmiş Denis Silvanın klubsuz günləri başa çatıb. Braziliyalı müdafiəçi yeni ildən ölkəsində çıxış edəcək.
33 yaşlı oyunçu Paulista A-2 seriyasında çıxış edən "San Kaetano" ilə anlaşıb. Yenidən San-Paulo ştatına qayıdan sabiq "Qremio"lunun keçidini yeni klubu da rəsmi saytı vasitəsilə bəyan edib.
Denis keçidi ilə bağlı təəssüratlarını da bölüşüb: "Demək olar ki, 11 il idi ölkəmdən uzaq idim. Böyük hesab etdiyim klubda oynamaq üçün Braziliyaya qayıtmaq gözəl hissdi. Burada öyrəşdiyim futboldan fərqli oyun ortaya qoyacam. Sürətliyəm, fiziki gücüm yerindədi, müdafiəçidən tələb olunan hava toplarında yaxşıyam. "San Kaetano"ya kömək etmək üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, ölkəmizdə "Xəzər Lənkəran", "Neftçi" və "Keşlə"nin ("İnter") formasını geyinən Denis Silva Kruz bu ilin yayında sonuncu klubu tərk etmiş, həmin vaxtdan bəri klubsuz qalmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”