Ölkə futbolu
Almeyda maaşının artırılmasını istəyirmiş: “Maliyyə balansını poza bilmərik”
“Qarabağ” Riçard Almeydanın klubdan ayrılması i…
“Qarabağ” Riçard Almeydanın klubdan ayrılması ilə bağlı Qazaxıstan mətbuatına verdiyi açıqlamaya münasibət bildirib.
Klubun direktoru Əmrah Çelikel qol.az-a bildirib ki, onlar futbolçuya yeni müqavilə təklif ediblər: “Danışıqlar olub. Biz təklifimizi irəli sürmüşük və hazırda ondan cavab gozləyirik. Qazaxıstan mediasında dediklərini bizim saytlarda görmüşük. Almeydanın bizimlə müqaviləsi başa çatıb. Bizə klubdan ayrılması ilə bağlı heç nə deməyib”.
Klub rəsmisi Almeydanın “Qarabağ”dan illik 650 min dollar tələb etməsi haqda xəbərlərə də toxunub: “Klubun maliyyə balansı var ki, onu poza bilmərik. Maaşını artırmaq istəməsi haqda xəbərlər doğrudur. Onun belə bir şərt irəli sürməsini başa düşürük. Hazırda azad agentdir. Amma qeyd etdiyim kimi, biz onunla yeni müqaviləni digər futbolçularla da maliyyə balansını qorumaqla bağlaya bilərik. Ayrılmaq haqda açıqlamasına gəlincə, şəxsən özü bizə bu haqda heç nə deməyib”.
Çelikel onu deyib ki, “Qarabağ”ın Almeydanın son müqavilədəki maaşı azaltması barədə fikirlər isə doğru deyil: “Belə bir şey olmayıb”.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?