Dünya futbolu
Derbidə sıradan çıxdı, ilin son matçını buraxacaq
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə ü…
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi aparıcı hücumçusu Burak Yılmazın xidmətindən məhrum olub.
O, “Fənərbaxça” ilə səfər oyununda sıradan çıxıb. Aldığı zədə səbəbindən həmin oyunun 87-ci dəqiqəsində əvəzlənən forvardın sağ ayaq əzələsində yırtıq aşkarlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aldığı zədə Burak Yılmazın bir müddət məcburi istirahət edəcəyindən xəbər verir. Belə ki, o, ilk dövrənin “Gənclərbirliyi”nə qarşı son oyununda forma geyinə bilməyəcək. Baş məşqçi Abdullah Avcının bu həftə baş tutacaq həmin oyunda Umut Nayire şans verməsi gözlənilir.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…