Ölkə futbolu
Türkiyə millisi ilə Antalyada oynayacağıq
Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu k…
Azərbaycan və Türkiyə milliləri arasında yoldaşlıq oyunu keçiriləcək. Bu barədə Türkiyə yığmasının baş məşqçisi Şenol Günəş "TRT Spor"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, gələn il mayın 26-da bu komandalar arasında oyun olacaq. Qarşılaşma Antalyada təşkil ediləcək. Türkiyə yığması bundan sonra iyunun 1-də Xovatiya, 4-də isə İrlandiyaya qarşı gücünü sınayacaq.
"Avro-2020-yə İtaliya ilə oyunla başlayacağıq. Bütün dünyanın gözü bu matçda olacaq. Avropa çempionatına gedəcəyi, amma bizim üçün yeni bir dönəm başlayır. Yeni başlanğıc olacaq" – bu sözləri Günəş deyib. O, əlavə edib: "Azərbaycanda oynayacağımız üçün çox xoşbəxtəm. Bundan yaxşısı ola bilməzdi. Demək olar ki, öz meydanımızda oynayacağıq. Amma səfər baxımından problem yaşaya bilərik. İki matç arasındakı müddəti 3 gündən 4 günə çəkməli idilər. Ən azı futbolçuların zədələnməməsi üçün".
Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsində iyunun 17-si Uels, 21-i isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib