Dünya futbolu
8 il öncəki uğurun təkrarı
İspaniyanın “Mirandes” klubu ölkə kubokunun 1/4 final mərhələsində “Vilyarreal”ı məğlub edərək (4:2) yarımfinala yüksəlib.
Futbolinfo.az xəbər verir ki, İspaniya kubokunda 8 ildən sonra ilk dəfə La Liqada olmayan bir komanda turnirin yarımfinalına yüksəlib.
Sonuncu dəfə – 2011/12 mövsümündə də bunu bacaran “Mirandes” olmuşdu. Komanda həmin mövsümdə mübarizəni yarımfinalda “Atletik”ə uduzaraq, dayandırmışdı.
Sequnda təmsilçisi İspaniya kubokunda bu mövsüm “Selta” (2:1), “Sevilya” (3:1) və “Vilyarreal” (4:2) kimi klubları mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib.
İspaniya Sequndasında mübarizə aparan komanda 25 turdan sonra 11-ci sıradadı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub