Bizi izləyin

Ölkə futbolu

Tuyqun Nadirov: Klub prezidenti bununla bağlı kəskin ölçü götürüb

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun fu…

blank
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun futbolinfo.az saytına müsahibəsi
 
– Komandanızın əzəli rəqibi "Neftçi"yə böyük hesabla məğlubiyyətinə nə səbəb oldu?
– Bu gün (söhbət ötən gün olub – red.) klub daxili iclas keçirdik. Klubumuzun prezidenti futbolçu və məşqçilər heyətini toplamışdı. Təbii ki onlardan bu məğlubiyyətə görə hesabat istədi. Bunların hamısını mətbuata açıqlaya bilmərəm. "Qarabağ"la matçdan sonra dedilər ki, komanda Super Kubok oyunundan sonra yorğun idi, yaxşı oynadıq, amma alınmadı. Bütün bunları başa düşdük. "Neftçi" ilə oyunda isə ilk qolda hakim səhvi oldu. Ofsayddan vurulan qolu hesaba aldı. Daha sonra rəqib futbolçu bizim oyunçunu vurdu, hakim göz yumdu. Yəni bu kimi səhvlər də öz rolunu oynadı. Amma biz hər oyuna çıxanda bu kimi səhlərə hazır olmalıyıq və bu, o demək deyil ki, "Xəzər Lənkəran" 1:4 hesabı ilə məğlub olmalı idi.
 
– Con Toşakın özünü təmizə çıxararaq bütün günahı futbolçuların üzərinə atması nə dərəcədə doğrudu?
– O, klubun baş məşqçisidi. Əgər günahı futbolçularda görürsə, deməli elədi. Baş məşqçi bütün komandanın nəticəsinə cavabdeh şəxsdi. Necə ki, rəhbərlik baş məşqçidən heabat götürür, eləcə də məşqçi fubolçulardan. Bu, normal haldı.
 
– Elə həmin futbolçuları Toşak özü bəyənib transfer edibsə, yay transfer pəncərəsi dövründə komandaya lazımlı bilib saxlayıbsa, indi onlardan narazı olması nə dərəcədə düzgündü?
– Əlbəttə, heyəti baş məşqçi qurur. Futbolçuları da o bəyənir. O, onlardan futbolçu kimi yox, sadəcə, son turda sərgilədikləri oyundan narazıdı.
 
– Cəmi bir neçə gün öncə məhz bu "Xəzər Lənkəran", özü də on nəfərlə "Neftçi"yə qalib gəlmişdi. Həmin komanda ilə son turda eyni komandaya 1:4 hesabıyla məğlub olan "Xəzər Lənkəran" arasında nə fərq var idi? Bu qısa vaxt ərzində nə dəyişdi ki?
– Məsələ də burasındadı ki, "Xəzər Lənkəran" futbol klubu başda Con Toşak olmaqla sübut etdi ki on nəfərlə də rəqibə qalib gələ bilər. Bu qələbə də təsadüfi deyildi. Heyətimizdə güclü futbolçular var. Hansı ki, istənilən rəqibə qalib gələ bilər. Sadəcə arxayınçılıq yaranmışdı, ölkə çempionunu on nəfərlə udmuşuqsa, deməli hamını udarıq fikri yaranmışdı. Bu isə səhvdi. Rəqib oyun taktikasını da dəyişir, heyəti də dəyişir, məşqçisini də dəyişib. Tək "Neftçi" yox, "Xəzər Lənkəran"a qarşı oynayan hər bir klub xüsusi motivasiya ilə çıxış edir.
 
– "Xəzər Lənkəran"ın Super Kubok matçında xüsusi pul mükafatı qoyulduğuna görə o cür canfəşanlıq edib, qalib gəldiyi iddia olunur. Bu, doğrudanmı həmin stimulun bəhrəsi idi?
– Bizim klubda böyük pul mükafatı o halda verilir ki, komanda ya çempion olsun, ya da kubok qazansın. Bir də avrokuboklarda mərhələ adlasaq. Super Kubok oyununda isə normalda necə mükafat alırlarsa, o cür oldu. Burada qeyri-adi mükafatdan söhbət belə gedə bilməz.
 
– Klub rəhbərliyi indiki vəziyyətdən çıxış yolunu nədə görür?
– Mürəkkəb vəziyyətdən asan çıxış yolu olmur. Futbolçular və məşqçilər korpusu öz işlərində daha diqqətli olmalıdılar. Daha məsuliyyətli olmaq lazımdı. Bir-iki qələbə qazanıb arxayınlaşmaq olmaz. Hər oyuna daha böyük əzmkarlıqla, daha hazırlıqlı çıxmaq lazımdı.
 
– Futbolçulara hər hansı bir cəza olacaqmı?
– Olacaq. Amma biz bunu açıqlaya bilmərik. Bu, peşəkarlıqdan uzaq olar. Bununla bağlı ölçü götürmüşük. Klubun prezidenti bu məğlubiyyətlə bağlı kəskin ölçü götürüb. Komandaya qarşıda liderlərin sırasında olmaq tapşırığı verilib.
 
– Yeni baş məşqçi axtarışları ilə bağlı dolaşan xəbərlər doğrudumu?
– Qətiyyən! Ola bilməz! Bu, cəfəngiyyatdı! Bir halda ki, komanda 10 nəfərlə ölkə çempionuna qalib gəlir, deməli "Xəzər Lənkəran"ın nə məşqçi, nə də futbolçu sarıdan problemi yoxdu.
 
– Qış transfer pəncərəsində heyətdə dəyişikliklər olacaq?
– Təbii ki. Bizim seleksiya üzrə məşqçimiz Mario Souza Afrika, Latın Amerika ölkələrində axtarışlara başlayıb.
 
– Bəs yerli futbolçu heyətə qatılacaqmı?
– Əlbəttə, olacaq. Lakin öncə baş məşqçi seçib bəyənməlidi ki, biz də həmin oyunçuları komandaya cəlb etməyə çalışaq.
 
– Bu il klubunuzun yubileyidi və komandanın azarkeşləri "Xəzər Lənkəran"dan ancaq çempionluq gözləyir. Klub rəhbərliyinin Con Toşakla bu istəyinə çatacağına dair ümidi qalıb?
– Son toplantımızın əsas mövzusu da elə bu idi. İndiyə qədər olan səhvlərin təkrarlanmaması lazımdı. Çünki səhv etmək haqqımız artıq yoxdu. Turnir cədvəli yetərincə sıxdı. 2-3 oyun qalıb gəlməklə liderliyə yüksəlmək olar. Yaxşı sonluğa ümidimiz də var.
 
KƏMALƏ İSMAYILOVA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-29 01:52

PSJ-nin 12-ci çempionluğu rəsmiləşdi

blank
Dünya futbolu2024-04-29 01:27

“Sevilya” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-04-29 01:01

“İnter”dən növbəti qələbə

blank
Dünya futbolu2024-04-29 00:44

“Arsenal” və “Mançester Siti”dən səfər qələbəsi

blank
Dünya futbolu2024-04-29 00:25

“Borussiya” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 23:38

“Trabzonspor”dan əzmkar qələbə

blank
Premyer-liqa2024-04-28 23:16

“Qarabağ” “böyük beşlik” komandalarından geri qalmır”

blank
Premyer-liqa2024-04-28 23:00

“Sumqayıt”a qarşı pis oynamadıq” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-28 22:51

“Sumqayıt” “Qarabağ”a belə qalib gəldi – VİDEO

blank
Dünya futbolu2024-04-28 22:43

Sərtan oynadı, komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-28 22:31

Şeydayevin komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 22:22

İsgəndərli Türkiyədə növbəti qələbəsinə sevindi

blank
Premyer-liqa2024-04-28 21:55

“Sumqayıt” “Qarabağ”a qalib gəldi

blank
Əvəzedicilər2024-04-28 21:28

“Sabah”ın əvəzediciləri “Səbail”ə məğlub oldu

blank
Premyer-liqa2024-04-28 20:50

“Qırmızı vərəqə matçın taleyini həll etdi” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-28 20:33

“Turan Tovuz”un hədiyyə olmadığını anlayırdıq” – Bojoviç

blank
Premyer-liqa2024-04-28 20:19

“Neftçi”dən “Turan Tovuz”a 3 cavabsız qol – VİDEO

blank
Dünya futbolu2024-04-28 19:56

Diniyevli “Ümraniyəspor” səfərdə uduzdu

blank
Premyer-liqa2024-04-28 19:37

“Neftçi” “Turan Tovuz”a böyük hesabla qalib gəldi

blank
Premyer-liqa2024-04-28 19:00

Adil Şükürov: “Qəbələ” Premyer Liqada qalmalıdır” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:44

Sxadadze: “Bu, mövsümün çox oyunlarına aiddir” – VİDEO

blank
Premyer-liqa2024-04-28 18:33

“Qəbələ” “Kəpəz”ə belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-04-28 18:18

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşdı

blank
Digər idman növləri2024-04-28 17:53

Azərbaycan atletləri Türkiyədə medallar qazanıblar

blank
Premyer-liqa2024-04-28 17:24

“Qəbələ” “Kəpəz”ə yenə uduzdu

blank
Ölkə futbolu2024-04-28 17:10

Abbasova 300 nömrəli forma təqdim olundu

blank
Milli komanda2024-04-28 16:00

Millimiz Tacikistana qalib gəldi

blank
Digər idman növləri2024-04-28 15:12

“Gəncə”nin baş məşqçisi mövsümün son oyununu şərh etdi

blank
Premyer-liqa2024-04-28 14:50

“Kəpəz”də üç itki

blank
Digər idman növləri2024-04-28 14:37

Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm