Əvəzedicilər
"Xüsusi hisslər yaşadım"
“İnter” və “Rəvan” klublarının əvəzedic…
“İnter” və “Rəvan” klublarının əvəzedici komandaları arasında keçirilən matçda ağır zədədən sonra Fuad Bayramov da meydançaya çıxmışdı. Futbolinfo.az xəbər verir ki, təqribən yeddi ay fasilədən sonra Bayramov ilk dəfə olaraq oyunda iştirak edirdi.
Gənc futbolçu meydana qayıtmasıyla bağlı təəssüratlarını klub saytına bölüşüb: "Meydançaya qayıdan zaman xüsusi hisslər yaşadım. Komanda yoldaşlarım məni alqışlarla qarşıladılar və bu, mənə yaxşı mənada çox təsir etdi. Meydançaya qayıtmaq çox xoş idi. Həmin hissləri sözlə ifadə etmək çox çətindi. Bəli, anlayıram ki, hələ yaxşı oyun formasında deyiləm. Axı uzun zaman itirmişəm, ancaq itirdiklərimi qaytarmaq üçün çox çalışacağam. Fiziki olaraq tam hazıram və meydançada keçirdiyim müddət ərzində hər hansı bir narahatlıq hiss etmədim. Xoşdu ki, debüt matçımda komandaya qalib gəlmək müyəssər oldu. Bu, mənim əhval-ruhiyyəmi daha da yaxşılaşdırdı. Ümid edirəm ki, tez bir zamanda əsas komandanın da heyətində də meydançaya çıxacağam”.
Xatırladaq ki, bu yaxınlarda klub Fuad Bayramovla iki il müddətinə müqavilə imzalayıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-15 11:29
“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı