Premyer-liqa
"Almeyda Azərbaycanda "Qarabağ"dan başqa heç bir klubda oynamaq istəmir"
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlik?…
"Qarabağ"ın icraçı direktoru Əmrah Çəlikəlin futbolinfo.az saytına müsahibəsi
– Topaz Premyer Liqasının son turunda "Qarabağ" "Qəbələ" ilə oyunun gedişatında 4 top fərqi ilə irəlidə olsa da, matçın sonlarına yaxın 3 top buraxaraq azarkeşlərinə böyük həyacan yaşatdı. Bu oyunla bağlı fikirləriniz bilmək istərdik…
– Etiraf edim ki, 4 qoldan sonra özüm də çox rahat idim. Rəqib 1-ci və 2-ci qolu vuranda belə narahat olmadı. Amma 3-cü qoldan sonra düşündüm ki, oyun əldən gedə bilər. Hadisələrin bu cür gedişatını həm motivasiya, həm də rəqibin istəyi ilə əlaqələndirmək olar. Qeydə alınan 4:3 hesablı qələbədə böyük bir təcrübə də var. Biz oyunu itirə də bilərdik. Ümidvaram ki, bu, futbolçulara dərs olacaq və hesabda öndə olduğumuz qarşılaşmalarda arxayınlığa yol verməyəcəyik. Hər halda belə bir çətin mübarizədən qalib ayrıldığımız üçün sevincliyik.
– Oyunun gedişatında əvvəllər "Qarabağ"da top qovmuş Elnur Allahverdiyev azarkeşlərə qarşı qeyri-etik hərəkətlərlərlə yadda qaldı. Onun bu hərəkətini necə qarşılayırsız?
– Düzü, mən bunun şahidi olmadım. Ancaq mediadan oxuduğuma görə, belə bir şey olub. Futbol azarkeşlər üçün oynanılır. Azarkeşlərin bütün tənqid və iradlarından nəticə çıxartmaq lazımdı. Futbolçu meydandan qıraqda özünü necə aparırsa, bir o qədər hörmət qazanır. Fikrimcə tək Elnur yox, bütün idmançılar buna diqqət yetirməlidi.
– Son oyunlarda Qurban Qurbanov qapını Fərhad Vəliyevə tapşırır. Ehtiyatda isə Miro Varvodiçlə İbrahim Şehiç var. Şehiçin alınması Mironun qışda komandadan göndərilməsinə işarə ola bilərmi?
– Əvvala qeyd edim ki, biz bütün transferlərimizi Qurban müəllimin istəyi ilə həyata keçiririk. Şehiçi transfer etdiyimiz dönəmdə azad agent statusuna malik idi. Yanvar ayında onsuz da bir qapıçı transfer etməyi planlaşdırırdıq. Burada bəxt amili də sözünü dedi. Çünki İbrahim bizim transfer etmək istədiyimiz futbolçulardan biri idi. Lakin Şehiçin gəlməsi o demək deyil ki, biz Fərhaddan və ya Mirodan narazıyıq. Məqsəd sadəcə, rəqabəti artırmaq və kim güclüdürsə qapını ona da tapşırmaqdı.
– Amma bir çoxları bu transferi məhz Varvodiviçin komandadan mümkün gedişi ilə əlaqələndirir. Son oyunda o, heç matçın iştirak ərizəsinə də salınmamışdı…
– Bu gün komandadan hansı futbolçu ayrılmaq istəsə, biz onun qalması üçün əlimizdən gələni edirik. Yox əgər bunu bacarmırıqsa, ona kömək etmək bizim vəzifəmizdi. Ancaq yenə də deyirəm ki, Şehiçin gəlməsi Fərhadla Mironun göndərilməsinə hesablanmayıb.
– Bir ara belə bir xəbər çıxmışdı ki, Riçard Almeyda Flavinyonun vasitəsi ilə "Neftçi"yə getmək istəyir…
– Əvvala onu qeyd edim ki, Riçardın bizimlə 2016-cı ilə qədər müqaviləsi var. Lap olmasa belə, digər klublar hansı futbolçumuzu almaq istəsə, bizə müraciət etməlidilər. Biz istəyirik ki, komandada ürəklə çıxış edən futbolçularımızın sayı çox olsun. Bu söz-söhbətlər ortaya çıxanda biz Riçard ilə söhbət elədik. Almeyda qeyd etdi ki, onu "Qarabağ"a bağlayan meyarlar arasında pul birinci yerdə deyil. Klubda gördüyü ab-hava, mehriban mühit və baş məşqçi ilə olan münasibətlər onun ürəyincədi. Qeyd etdi ki, Azərbaycanda "Qarabağ"dan başqa heç bir komanda da çıxış etmək istəmir.
EMİN SƏFƏROV
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…