Dünya futbolu
Atası da Lionel Messiyə görə narahatdı
"Barselona"nın superulduzu Lionel Messinin son vaxtlar zəi…
"Barselona"nın superulduzu Lionel Messinin son vaxtlar zəif oyun nümayiş etdirməsinə daha bir münasibət atasından gəlib. Futbolinfo.az xəbər verir ki, Xorxe Messi oğlunun son durumu haqda İspaniya mətbuatına danışıb.
O, oğlunun yenidən zədələnəcəyindən narahat olduğunu, məhz buna görə ehtiyatla oynadığını bildirib:
"Son zədə Messiyə mənfi təsir göstərib. Oğlum yenidən zədələnməkdən qorxur. Ona görə də bir qədər ehtiyatlı oynayır. Ancaq inanıram ki, Messi tezliklə əvvəlki səviyyəsinə qayıdacaq".
Qeyd edək ki, Messi meydana çıxdığı son 4 oyunda qol vura bilməyib.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO