Dünya futbolu
Joze Mourinyo “Liverpul”un bostanına daş atdı
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo n&oum…
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo növbəti dəfə qalmaqallı açıqlaması ilə başa çatıb. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi jurnalına danışan portuqal mütəxəssis "Liverpul"a qarşı atmacalı fikir səsləndirib:
“Onlar hazırda premyer-liqada çempion ola biləcək gücdə deyil. Komandanın heyətində yetərli dərinlik yoxdu. Onlar hazırda avrokuboklarda oynamırlar. Yəni həftədə bir matça çıxırlar. Məşqlər edib dincəlirlər. Buna görə də bu mövsüm premyer-liqaya yaxşı başlayıblar. Ancaq biz və digər komandalar avrokuboklarda oynayırıq. "Liverpul" hər nə qədər güclü görünsə də, çempion ola bilməz. Əksinə, "Mançester Siti"nin yaxşı heyəti var. "Mançester Yunayted"in isə tarixi onları namizəd edir. "Tottenhem" yayda transferə çox pul xərclədi. Buna görə də iki eyni gücdə heyət yarada bilər. "Arsenal" isə addım-addım daha da irəliləyir. Onlar Məsut Özil kimi fərq yaradan oyunçular ala bilirlər".
Qeyd edək ki, hazırda “Liverpul”u vaxtilə Mourinyonun köməkçisi olmuş Brendan Rocers çalışdırır.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”