Bizi izləyin

Premyer-liqa

Azərbaycan futbolunun lazımsızları

Hər bir futbolçunun parladığı kimi, söndüyün…

blank
Hər bir futbolçunun parladığı kimi, söndüyünün də şahidi oluruq. Futbolinfo.az xəbər verir ki, bəzi futbolçular komandalarını dəyişdikdən sonra yeni komandalarına çox rahatlıqla uyğunlaşaraq karyerasını normal şəkildə davam etdirir. Bəziləri isə yeni komandalarında ya heyətə düşə bilmir, ya da düşdüyü heyətdə əvvəlki oyununu göstərə bilmir. Bu siyahıya bir çox futbolçuları daxil etmək olar.
 
Hazırda Topaz Premyer Liqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Neftçi"də bu cür topçulardan lazımı qədərdi. Bu ilin yayında Bakı klubunun heyətinə cəlb edilən Pavel Doroşev ümidləri doğrulda bilmir. Latviya "Metallurq"undan Bakıya böyük ümidlərlə gətirilən Pavel mövsüm başlayandan bir dəfə də olsun komandasının qapısını qorumayıb. Sadıq Sadıqovun rəhbərlik etdiyi komandanın uğursuz transerlər siyahısına Melvin Platyenin də adını daxil etmək olar. Hollandiyalı forvard bəzi oyunlarda meydana çıxsa da, yalnız bir dəfə penaltidən rəqib qapısına yol tapa bilib. Hətta, yayılan son məlumatlara görə "Neftçi"nin baş məşqçisi Nazim Süleymanov Platyeni komandadan göndərmək istəyir.
 
Digər bir Bakı təmsilçisi "İnter"də də bu siyahıya aid olunası futbolçu var. Buna Flavio Beki misal göstərmək olar. Yay transfer pəncərəsində "bankirlər"in heyətinə qatılan Bek istənilən oyunu sərgiləyə bilmir. Görünür, məhz bunun məntiqi nəticəsidi ki, komandanın baş məşqçisi Kaxabar Sxadadze 26 yaşlı braziliyalını əvəzedici heyətə göndərib.
 
Bu ilin yayına qədər "Qəbələ"nin şərəfini qoruyan Rövşən Əmiraslanov da geriləyən futbolçular qrupuna daxildi. Qəbələ təmsilçisində heç də pis təsir bağışlamayan Əmiraslanov hazırda "Simurq"da sönmə mərhələsindədi. 12 turda cəmi 15 dəqiqə Çixradzenin etibarını qazanan Rövşən digər oyunlarda ehtiyat oyunçular siyahısına da daxil edilməyib.
 
"Simurq"dan "Qəbələ"yə keçən David Petrkeviç də bu tip futbolçulardandı. Zaqatala klubunda əsas heyətin dəyişməz ismlərindən olan legioner qapıçı yayda "Qəbələ"yə keçməklə bir növ karyerasını pula satmış oldu. Nəticədə o, 12 turun ilk 3 oyununda forma geyməklə kifayətlənib. Ardıcıl 9 oyunda isə yalnız komandasının necə oynamasını izləyib. 
 
Bir vaxtlar "Rəvan"ın uğurları üçün tər tökən Taqim Novruzov bu komandada liderlərdən idi. Ancaq o, hazırda "Simurq"da ehtiyatda "çürüyür". Bayıl təmsilçisinin heyətində demək olar ki, hər oyunda meydana çıxan Novruzov Georgi Çixradzenin başçılığı altında cari mövsümdə cəmi 4 dəfə meydana çıxıb.
 
Ötən mövsüm "Qarabağ"ın formasını geyinən Zaur Həşimov cari mövsüm "Sumqayıt"a kömək edə bilmir. Belə ki, Həşimov "Gənclik şəhəri" təmsilçisinin heyətində yalnız bir oyunda 90 dəqiqə meydanda olub. Aqil Məmmədovun komandasında müdafiəçinin debütü cəmi 15 dəqiqə olub. Bir neçə dəfə komandasına ehtiyat oyunçular skamyasından dəstək olsa da, əksər oyunlarda yalnız tribuna tamaşaçısı rolunu oynayıb.
 
"Rəvan" bir müddət əvvəl Holster Fredriki heyətinə cəlb etmişdi. İsveçli futbolçu komandaya heç cürə xeyir verə bilmir. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə iki dəfə meydanda mübarizə aparıb ki, hər iki ounda əvəzetmədən oyuna daxil olub. Bu oyunların birində isə Fredrik matçın 94-cü (!) dəqiqəsində meydana daxil olub.
 
Əslində bu siyahını uzatmaq da olardı. Amma çempionatımızdakı ümumi mənzərəni ortaya çıxarmaq üçün yuxarıda sadaladıqlarımızın da kifayət etdiyini düşünürük. Həm yerli, həm də əcnəbi futbolçuların daha çox forma şansı qazandığı, əsas heyət üzvü, lideri olduğu komandanı pula görə daha imkanlı kluba dəyişib, ehtiyatda qalmasını qətiyyən başa düşmək olmur.
 
Legionerlərlə bağlı vəziyyət isə ümumiyyətlə anlaşılmazdı. Çünki burda həmin futbolçularla yanaşı, onları transfer edən klublar da günahkardı. Tutaq ki, onları ancaq pul qazanmaq düşündürür. Bəs bizim klub başbilənləri hara baxırlar? Nəinki transfer olunduqları klublara, ümumiyyətlə Azərbaycan futboluna heç bir xeyri olmayan bu legionerləri bir ucdan futbolumuza sırımaqdansa, öz gənc futbolçularımıza şans vermək daha yaxşı olmazdımı? Hər halda, fikirləşməyə dəyər. Ən azı bu cür səhvləri bundan sonra təkrarlamamaq haqda…
 
RÖVŞƏN ƏHLİMANOĞLU
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm