Premyer-liqa
"Simurq" bəyanat yaydı
"Simurq" bəyanat yayıb. Futbolinfo.az sizi həmin bəyanat…
"Simurq" bəyanat yayıb. Futbolinfo.az sizi həmin bəyanatla tanış edir:
"Zaqatala şəhər stadionunda yenidənqurma işlərinin getməsilə əlaqədar, "Simurq" yeni mövsümdəki ev oyunlarını doğma arenada keçirə bilmirdi. Artıq stadionumuzda işlər tamamlanıb və komandamızın növbəti ev oyununu qəbul etməyə hazırdır. Ancaq UEFA nümayəndələri hələ də Zaqatala şəhər stadionuna baxış keçirmədiyindən və rəsmi icazə vermədiyindən, "Simurq" bu turdakı ev oyununu da səfərdə keçirməyə məcbur olub. Bununla bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlanıb və qərara alınıb ki, Topaz Premyer Liqasının 13-cü turu çərçivəsindəki "Simurq" – "İnter" oyunu "Şəfa" stadionunda, üçüncü dövrənin matçı isə Zaqatala şəhər stadionunda keçirilsin.
Qeyd edək ki, UEFA nümayəndələri Zaqatalaya noyabrın 9-da təşrif buyuracaqlar və stadiona baxış keçirəcəklər. Rəsmi oyunların keçirilməsinə icazə verildikdən sonra komanda rəqiblərini doğma arenada qəbul edəcək".
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?