Dünya futbolu
Nduka və Popoviçin komandası yenə uduzdu
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyu…
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 12-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda evdə “İstanbul BB” ilə qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının məğlubiyyəti ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç bu görüşdə də ehtiyatda qalıb. Nduka isə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 8 xalla 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
12-ci tur
7 noyabr
Tavsanlı Linyitspor – İstanbul BB – 1:3
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?