“Sumqayıt”ın ayağı sınan futbolçusu Kristian Velinovskinin əməliyyatı uğurla başa çatıb.
Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun ayağı 14 gün müddətində gipsdə olacaq.
Bu müddət ərzində xəstəxanada qalacaq yarımmüdafiəçi 4 həftə sonra artıq əl ağacı olmadan yeriyə biləcək.
Kristian 3-4 ay sonra məşqlərə başlaya biləcək.
Xatırladaq ki, Velinovski ötən gün baş tutan ölkə kubokunun “Lerik”lə oyununda ağır zədə ilə üzləşmişdi. Rəqib futbolçu matçın əvvəlində açıq ayaqla şimali makedoniyalı oyunçunun qıçını sındırmışdı.