“Artıq meydanda rəqibik. Qarşıda bizi maraqlı oyunlar gözləyir”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Coy-Lens Mikels deyib. O, “Şamaxı”da çıxış edən qardaşı Leroy Mikels haqda danışıb.
Coy-Lens onunla birlikdə Səudiyyə Ərəbistanında çıxış edən, indi isə Misli Premyer Liqasında rəqib olan qardaşının uğurlu debütünə sevinir: “Qardaşımın ilk oyununda qol vurmasına və o qolla “Şamaxı”nın qalib gəlməsinə çox sevindim. Bu, onun üçün Azərbaycanda fantastik başlanğıcdır. Ona növbəti oyunlarda daha çox qol və assist arzulayıram. Artıq meydanda rəqibik. Daha çoxuna ümid edirik və hər ikimiz meydanda əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, ötən tur “Şamaxı” səfərdə “Zirə” ilə qarşılaşıb. Oyunda yeganə qolu “şirlər”in hücumçusu Leroy Mikels vurub.

GÜNAY SÜLEYMANOVA






