Digər idman növləri

Azərbaycanın güləş yığmaları yeni ildə ilk təlim-məşq toplanışına başladılar

33435 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışına start verib.

Futbolinfo.az xəbər verir ki, hər üç millimiz Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçir.

Güləşçilərimiz məşqçilərin nəzarəti altında həm fiziki, həm də taktiki-texniki çalışmaları yerinə yetirir.

Sərbəst güləş üzrə yığmanın bir qrupu yanvarın 19-da Dağıstana yollanacaq. Komandamızın əsas heyəti fevralın 1-dək Mahaçqalada təlim-məşq toplanışı keçəcək.

Yunan-Roma və qadın güləşi üzrə millilərimiz isə 5-9 fevralda Xorvatiyada keçiriləcək ilin ilk reytinq turnirinədək məşqləri doğma məkanda davam etdirəcək. Hər iki komandamız “Zaqreb Open”dən sonra qarşıdakı mühüm yarışlara ölkə xaricində hazırlaşacaq.

Shares: