Digər idman növləri

Favoritlər növbəti mərhələdə

be9573ea ef26 4019 8792 e6bb4689aa93 - Futbolinfo.az
Səs süni intellektlə yaradılıb.

Amerika Birləşmiş Ştatlarında tennis üzrə ilin ilk “Masters” turniri davam edir.

Dünya reytinqinin 3 nömrəsi Karlos Alkaras 3-cü mərhələdə Denis Şapovalovla qarşılaşıb. İspan tennisçi kanadalı təmsilçini 2 setdə məğlubiyyətə uğradıb – 6:2, 6:4. Növbəti mərhələdə Karlosun rəqibi Dimitrov – Monfis cütünün qalibi olacaq.

Əsas favoritlərdən sayılan Teylor Frits Alexandro Tabilodan üstün olub. ABŞ-li tennisçi ilk setdə məğlub olsa da, qələbəni təmin etməyi bacarıb – 4:6, 6:3, 6:1. Növbəti mərhələdə onun rəqibi britaniyalı Cek Dreyper olacaq.

Gərgin mübarizə gözlənilsə də, Aleks Di Minaur Hubert Hurkaçı çətinlik çəkmədən 6:4, 6:0 hesabları ilə məğlub edib. Avstraliyalı tennisçinin rəqibi dünya reytinqinin 26 nömrəsi Fransisko Çerundolo olacaq.

Xatırladaq ki, “İndian Vels” turnirinin mükafat fondu 15 milyondur.

Shares: