Yeni mövsümdən Misli Premyer Liqasında mübarizə aparacaq “Karvan” transfer çalışmalarına start verib.

Futbolinfo.az xəbər verir ki, Yevlax təmsilçisi müdafiə xəttini yerli oyunçularla gücləndirməyi planlaşdırır. İlk hədəf son mövsümdə “Araz Naxçıvan”da çıxış edən Slavik Alxasovdur.

Danışıqlar müsbət yekunlaşarsa 32 yaşlı futbolçu “Karvan”ın yolunu tutacaq.

Shares: