İngiltərənin “Nyukasl” klubunun futbolçusu Entoni Qordon azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Futbolinfo.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, pley-off mərhələsinin “Qarabağ”a qarşı keçirilən oyununda (6:1) 4 qol vuraraq vuraraq komandasının qələbəsində əsas pay sahibi olub.

İngiltərəli futbolçu səsvermədə Due Dezire (PSJ), Kasper Heq (“Bodo Qlimt”) və Patrik Şiki (“Bayer”) qabaqlayıb.

Shares: