“Alpin” komandasının pilotu Pyer Qaslinin sözlərinə görə, gələn il Formula 1 təqvimi, böyük ehtimalla, 25 mərhələdən ibarət olacaq.
Təqvimdə dəyişikliklər barədə əvvəllər də məlumat verilmişdi. Portuqaliya Qran-Prisinin geri qayıtması artıq təsdiqlənib və Niderland Qran-Prisini əvəz etmək üçün iki illik müqavilə imzalanacaq. Türkiyə Qran-Prisinin də təqvimə qayıtması ehtimalı var: təşkilatçılar beş illik müqavilə imzalamağı gözləyirlər. Belçika Qran-Prisi 2027-ci ildə keçiriləcək və Barselona Qran-Prisi ilə növbələşəcək.
Formula 1 son illər mərhələlərin sayının artımı ilə məşğuldur. Halbuki çempionatın direktoru Stefano Domenikali 24 mərhələli mövsümün ideal olduğunu bir neçə dəfə bildirib.






