Alisson Bekker İtaliyaya qayıtmaq istəyir. Braziliyalı qapıçı karyerasını bitirənədək daha bir dəfə A Seriyasında çıxış etmək niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, “Liverpul”dan ayrılmağa qərar verən qolkiper “Yuventus”la danışıqlara başlayıb. Müzakirələr uğurla bitsə, yayda üç illik anlaşma imzalanacaq. Bu, turinlilərn baş məşqçisi Luçano Spallettinin də ürəyincədir. O, daha öncə “Roma”da Alissonla birgə çalışıb və ona güvənir.

33 yaşlı Bekker Braziliya “İnter”inin yetirməsidir. O, 2016-cı ildə 8 milyon avroya “Roma”ya transfer olunmuşdu. A Seriyası təmsilçisi iki il sonra qapıçını 72,5 milyon avroya “Liverpul”a satdı. Alissonun mersisaydlılarla müqaviləsi növbəti mövsümün sonunda başa çatsa da, tərəflərin bu yay yollarını ayırması gözlənilir.

Shares: