Argentinanın Mina Klavero şəhərində keçirilən Cənubi Amerika Rallisinin final mərhələsində iştirakçılardan birinin avtomobili idarəetməni itirərək yoldan çıxıb. Nəticədə azarkeşlərin toplaşdığı yerə çırpılan avtomobil xeyli insana xəsarət verib.
Hadisə zamanı azarkeşlərdən biri həlak olub. Onun 25 yaşında olduğu bildirilir. Yarışın təşkilatçıları tədbiri ləğv etmək qərarına gəliblər.
Hadisə mərhələnin çətin hissələrindən birində baş verib. Paraqvaylı Didier Arias və Hektor Nunezin idarə etdiyi “Volkswagen Polo” avtomobili trasdan çıxaraq tamaşaçıların izdihamına çırpılıb.
Həyatını itirən azarkeşdən başqa daha iki nəfər xəstəxanaya yerləşdirilib. Lakin onların həyatının təhlükədə olmadığı bildirilir.






