Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Futbolinfo.az xəbər verir ki, “Sabah”ın futbolçusu Şahin İbrahimov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Onun əvəzinə heyətə heç kim cəlb olunmayıb.
Qeyd edək ki, U-20 aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək.






