“Böyük Dəbilqə” seriyalı turnirlərin 24 qat qalibi serbiyalı Novak Cokoviç İtaliyanın Roma şəhərində keçirilən “Masters” turnirində iştirakının şübhə altında olduğunu söyləyib.

“Zədəm var və ümid edirəm ki, ən azı “Rolan Qarros” turnirinə qədər hazır olmağa çalışacağam. Romada oynamaq üçün çalışıram, amma hazırda heç bir proqnoz verə bilmərəm. Hər şey sağalma prosesimin necə getməsindən asılıdır. Ən pis halda Fransaya qədər hazır olacağam”, – deyə Cokoviç qeyd edib.

Novak Cokoviçin bu mövsüm son çıxışı “İndian Vells”də keçirilən “Masters” turnirində olub və o, dördüncü raundda Cek Dreyperə 6-4, 4-6, 6-7 (5-7) hesabı ilə məğlub olub. Bundan sonra serb idmançı Mayami, Monte Karlo və Madriddəki yarışları buraxıb.

Shares: