“Karvan-Yevlax”ın futbolçusu İmani Barkerin futbolinfo.az saytına müsahibəsi

  • Misli Premyer Liqasının 28-ci turunda “Şamaxı”nı məğlub etdiniz. Bu qələbəni gözləyirdiniz?
  • Bu oyunla bağlı deyə bilərəm ki, asan qələbə gözlədiyimizi deməklə rəqibin keyfiyyətlərini kiçiltmək istəmirəm. Bilirdik ki, bu sadə oyun olmayacaq. “Şamaxı” güclü müdafiə quruluşuna və keyfiyyətli hücumçulara malik komandadır. Amma biz əvvəlki oyunda vacib bir qələbə qazanmışdıq. Bu da bizə özünəinam vermişdi. Həftə ərzində bir neçə vacib məqam üzərində ciddi işlədik və nəticədə zəhmətimizin bəhrəsini bu qələbə ilə gördük.
  • Artıq ardıcıl iki qələbə qazanmısınız. Sizcə, bu seriya sizə necə kömək edəcək?
  • Əlbəttə, düşünürəm ki, bu bizə çox kömək edəcək. Uzun müddət idi ki, qələbə qazanmırdıq və indi ardıcıl iki qələbə əldə etməyimiz bizə böyük özünəinam və gələcək üçün inam verir.
  • Sizcə, əvvəllər həlledici məqamlarda niyə xal qazana bilmirdiniz? İndi nə dəyişib?
  • Mövsümün əvvəlində daha çox xal toplaya bilməməyimizə gəlincə, düşünürəm ki, bütün məğlubiyyətlərimiz haqlı deyildi. Bəzi oyunlarda yaxşı çıxış etdik, amma təəssüf ki, futbol bəzən matçların son dəqiqələrində amansız ola bilir. İndiki komanda ilə əvvəlki komanda arasındakı əsas fərq özümüzü sorğulamağımız, öyrənməyimiz və uyğunlaşmağımızdır. Bilirik ki, liqada qalmaq uğrunda mübarizə aparırıq və bu özünütəhlil indiyə qədər ən böyük gücümüz olub.
  • Qarşıda “Sabah”la oyun var. Bu matçda heç-heçə sizin üçün qələbəyə bərabər sayılarmı?
  • Mənim üçün qələbə üç xal qazanmaq deməkdir və buna dürüst yanaşmalıyıq. Amma “Sabah”ın bu mövsümdəki gücünü nəzərə alsaq, onlar favoritdir və hazırda turnir cədvəlinin lideridir. Təvazökarlıqla deyə bilərəm ki, bizim baxışımızdan heç-heçə qələbə kimi qəbul oluna bilər.

FƏRİD

Shares: