Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı davam edir.

Futbolinfo.az xəbər verir ki, ikinci yarış günündə 2 yunan-Roma güləşçimiz fəxri kürsüyə qalxıb.

Rəşad Məmmədov türkiyəli Ömər Rəcəplə tam üstünlüklə (8:0) qalib gələrək bürünc medalı boynundan asıb.

İslam Abbasov (87 kq) da eyni nəticəni təkrarlayıb. Təcrübəli güləşçimiz həlledici qarşılaşmada türkiyəli Doğan Kayanı üstələyib – 5:1. Bununla da İslam böyüklər arasında Avropa çempionatlarında qazandığı medalların sayını beşə (1 gümüş, 4 bürünc) çatdırıb.

Beka Kandelaki (130 kq) üçüncülük uğrunda qarşılaşmada ukraynalı Mixaylo Vişnivetskiyə 1:3 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.

Shares: