Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovun istefa verməsi ölkədə futbol ictimaiyyətinin əsas müzakirə mövzusuna çevrilib.
Futbolinfo.az xəbər verir ki, yerli mətbuatda 51 yaşlı mütəxəssisin bu addımı ilə bağlı müxtəlif fikirlər səsləndirilib.
Əksəriyyət bunu gecikmiş qərar kimi adlandırıb. Ukrayna KIV-i bununla bağlı araşdırma aparıb. Ümumi rəy belədir ki, çalışdırıcı, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən ilin sentyabrında Azərbaycan millisi ilə Bakıda keçirilən matçdan sonra vəzifəsindən ayrılmalı idi:
“Millimiz seçmə mərhələyə uğursuz start götürməklə qrupda istəyinə çata bilməyəcəyini göstərdi. Fransaya Polşadakı məğlubiyyətin ardından səfərdə Azərbaycanla heç-heçə açıq siqnal idi. Hələ həmin qarşılaşmadan sonra Rebrovla yollar ayrılmalı idi. Sonrakı matçlardakı nəticələr və sərgilənən oyun qərarın nə qədər gecikdirildiyini göstərdi”.
Qeyd edək ki, Bakıda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Ukrayna yığması Polşada keçirilən matçda isə millimizi 2:1 hesabı ilə üstələmişdi.





