Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun klubu “Motor”dan ayrılacağı dəqiqləşib.

Futbolinfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Mateuş Stolarski 26 yaşlı hücumçunun xidmətinə ehtiyat duymur.

Çalışdırıcının fikrincə, Renat əsas hücumçu Karol Çubaka layiqli alternativ deyil. Bu səbəbdən baş məşqçi mövsümün sonunda Renatın yola salınmasını və yeni hücumçunun transfer edilməsini tələb edib. Bu da o deməkdir ki, Dadaşovun mövsümün sonuna qədər olan müqaviləsi uzadılmayacaq.

Qeyd edək ki, Renat Dadaşov “Motor”a mövsümün əvvəlində “Radomyak”dan keçib.

Shares: