MBA-da pley-off seriyasının 2 oyunu baş tutub.

Futbolinfo.az xəbər verir ki, Detroytda yerli komanda “Orlando Mecik”ə qalib gəlib – 98:83.

Ən məhsuldar oyunçu Keyd Kanningem olub. Onun aktivində 27 xal və 11 ribaund var. Bu oyundan sonra seriyada hesab bərabərləşib.

Digər oyun Oklahomada keçirilib. “Tanders” ikinci oyunda da qalib gəlib – 120:107. Qalib komandanın heyətində Şey Gilgs Aleksander 37 xal toplayıb. “Finiks Sans”ın heyətində Dillon Bruks 30 xal yığıb. Bu seriyada hesab son çempionun xeyrinədir – 2:0.

Shares: