Türkiyəli avtoidman blogeri Ethem Sayın sosial media hesabında Formula 1-in “İstanbul Park”da təşkili üçün yeddi illik müqavilə imzalamağa yaxın olduğunu bildirib.
“Düşünürəm ki, Türkiyə Qran-Prisi artıq təsdiqlənib. Müqavilə yeddi illikdir və elan cümə günü ola bilər”, – deyə Sayın yazıb.
“İstanbul Park” 2005-dən 2011-ci ilə qədər Türkiyə Qran-Prisinə ev sahibliyi edib. Bundan əlavə koronavirus pandemiyası zamanı 2020 və 2021-ci illərdə təqvimə qayıdıb.
Xatırladaq ki, bu mövsüm Formula 1 geosiyasi vəziyyətə görə Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-Prilərinin ləğvi ilə üzləşib və nəticədə təqvimdə bir aylıq fasilə yaranıb.






