“Arsenal”ın baş məşqçisi Mikel Artetanın böyük oğlu Qabriel Arteta “topçular”ın U-18 komandasında debüt edib.

Futbolinfo.az xəbər verir ki, 16 yaşlı Qabriel fevral ayında “İpsviç”lə yoldaşlıq oyunu üçün “Arsenal”ın 18 yaşadək futbolçulardan ibarət heyətinə qatılmışdı.

Ötən gün isə o, U-18 komandasında debüt edib. Qabriel “Blekbern”lə matçın 70-ci dəqiqədə meydana çıxıb. Görüşdə “Arsenal” qələbə qazanıb.

Qabriel mərkəz yarımmüdafiəçisi mövqeyində oynamış atasından fərqli olaraq, cinah yarımmüdafiəçisi kimi fəaliyyət göstərir.

Shares: