Ölkəmizdəki sürət həvəskarlarını maraqlandıran mühüm məsələlərdən birinə – “Formula-1” üzrə dünya çempionatının hansı kanalla yayımlanmasına aydınlıq gətirilib.

Məlumata görə, çempionat Mayami Qran-prisindən (1-3 may) etibarən İdman TV tərəfindən yayımlanacaq.

Belə ki, artıq yarışların yayım hüququ telekanal tərəfindən alınıb və azarkeşlər bu yarışları ardıcıl 16-cı mövsüm ölkənin ilk idman kanalında ənənəvi və tanıdıqları şərhçilər Siyavuş Əliyevlə Rəhim Əliyevin təqdimatında izləyə biləcəklər.

Xatırladaq ki, builki mövsümün 17-ci mərhələsi olan Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Shares: