İran hökumətinin nümayəndəsi Fatimə Möhecerani milli komandanın 2026-cı il Dünya Çempionatının final turnirinə hazır olduğunu bildirib.

“İdman və Gənclər Nazirliyi nazirin tapşırığı ilə milli futbol komandamızın 2026-cı il ABŞ-də keçiriləcək Dünya Çempionatında iştirak etməyə tam hazır olması ilə bağlı açıqlama yayıb”, – deyə Möheceraninin İran dövlət televiziyasına verdiyi müsahibədə bildirib.

Qeyd edək ki, son vaxtlar İran ABŞ və İsrail ilə münaqişələr səbəbindən 2026-cı il Dünya Çempionatından imtina etmək variantlarını nəzərdən keçirirdi. İran komandası turnirin qrup mərhələsində Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Bütün oyunların ABŞ-də keçirilməsi planlaşdırılır.

Shares: