Azərbaycanın iki qadın güləşçisi – Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
Futbolinfo.az xəbər verir ki, J.Əliyeva startda Amori Andriçə (Almaniya) qalib gəlib.
1/4 finalda isə o, Finlandiya təmsilçisi Yenna Hemiaeni məğlub edib.
B.Soltanova eyni mərhələdə Krista İntseni (Rumıniya) üstələyib.
Ruzanna Məmmədova (62 kq) ilk mərhələdə İlona Prokopevnyuk (Ukrayna) üzərində qələbə qazanaraq qitə birinciliyinə uğuru start verib. Lakin 1/4 finalda Amina Tandelovaya (UWW) uduzan R.Məmmədova yarımfinaldan kənarda qalıb.
Bu gün digər qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal uğrudna qarşılaşmaya çıxacaq.
Avropa çempionatı aprelin 26-da başa çatacaq.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub.






